Müştəri qrupları

Müştəriləri qruplara ayırın, qrupa qiymət növü və endirim verin, siyahını və hesabatları qrupa görə süzün.

4 dəq oxumaYenilənib: Oktyabr 2026

Müştəri qrupları ilə müştərilərinizi Topdan, Əməkdaşlar, Korporativ kimi qruplara ayırır, siyahını və hesabatları qrupa görə süzürsünüz. Qrupa qiymət növü və endirim versəniz, qrupa əlavə etdiyiniz müştərinin kartına bu dəyərlər yazılır. Bir müştəri yalnız bir qrupda olur.

Satışda həmişə müştəri kartındakı qiymət növü və endirim istifadə olunur. Qrupun ayarı karta yazılan şablondur; yalnız qrupu dəyişmək satışa təsir etmir.

Qrup yaratmaq

  1. Qruplar pəncərəsini açın

    Sol menyudan Müştərilər bölməsinə keçin və 1 Qruplar düyməsini basın.

    Müştərilər səhifəsi: Qruplar düyməsi, qrup filtri və müştəri adının altındakı qrup nişanı123
  2. Qrupu əlavə edin

    1 Yeni qrup adı xanasına adı yazıb Əlavə et düyməsini basın. Eyni adla ikinci qrup yaratmaq olmur.

  3. Qiymət növü və endirim verin (istəyə bağlı)

    Qrup sətrindəki 2 qələm düyməsini basın. Adı dəyişə, 3 qiymət növü (Qiymət 1, Qiymət 2, Qiymət 3) və endirim (%) daxil edə bilərsiniz; 4 Yadda saxla düyməsini basın.

    Müştəri qrupları pəncərəsi: yeni qrup əlavə etmək, qrup düymələri, qiymət növü və endirim1234

Qrup sətrindəki düymələr: qıf siyahını həmin qrupa görə süzür, qələm qrupu redaktə edir, zibil qabı qrupu silir. Silinən qrupdakı müştərilər qrupsuz qalır; kartlarındakı qiymət növü və endirim dəyişmir.

Müştəriləri qrupa əlavə etmək

Siyahıdan toplu əlavə

Müştərilər siyahısında (nümunədə 1 filtrlə qrupu olmayanlar göstərilib) 2 əlavə etmək istədiyiniz müştəriləri işarələyin (başlıqdakı xana səhifədəkilərin hamısını seçir). Yuxarıda açılan paneldə 3 qrupu seçin və 5 Qrupa təyin et düyməsini basın. Qrupun qiymət növü və ya endirimi varsa 4 Qrupun ayarı da tətbiq edilsin seçimi görünür; işarəli saxlasanız seçilən müştərilərin kartlarına da yazılır. Müştəriləri qrupdan çıxarmaq üçün Qrupdan çıxar düyməsindən istifadə edin.

Seçilmiş müştəriləri qrupa təyin etmə paneli12345

Müştəri kartından

Müştəri kartında Redaktə et düyməsini basın. Müştəri məlumatları pəncərəsində 1 Qrup seçin; qrupun 2 endirimi və 3 qiymət növü formaya yazılır, yadda saxlamadan əvvəl dəyişə bilərsiniz. Yadda saxla basdıqda qrup və dəyərlər karta yazılır.

Müştəri məlumatları pəncərəsində qrup seçimi və formaya yazılan endirim, qiymət növü123

Siyahını qrupa görə süzmək

Müştərilər səhifəsində 2 qrup filtrindən Bütün qruplar, Qrupu olmayanlar və ya bir qrup seçin. Müştəri adının altındakı 3 nişan müştərinin qrupunu göstərir. Excel-ə ixrac edilən siyahıda Qrup sütunu da var.

Qrupdan fərqli müştərilər

Qrupun ayarını sonradan dəyişmisinizsə və ya müştərinin kartını əl ilə redaktə etmisinizsə, Qruplar pəncərəsində "… müştərinin qiymət növü / endirimi qrupdan fərqlidir" xəbərdarlığı çıxır.

  • 1 Göstər: 4 fərqli olan müştəriləri göstərir.
  • 2 Hamısına tətbiq et: qrupun qiymət növünü və endirimini bu müştərilərin kartlarına yazır.
  • 3 Fərqli qalsın: bu müştərilər öz ayarında qalır və xəbərdarlıqdan çıxır. Qərarı Geri al ilə dəyişə bilərsiniz.
Qrupdan fərqli müştərilər xəbərdarlığı: Göstər, Hamısına tətbiq et və Fərqli qalsın1234

Hesabatlarda müştəri qrupları

Məhsul hesabatında 1 Müştəri filtrini açın; 2 Müştəri qrupları başlığı altından qrup seçsəniz, hesabat həmin qrupdakı müştərilərin satışlarını göstərir.

Məhsul hesabatının müştəri filtrində müştəri qrupları12

Tarix aralığı hesabatı və Gündəlik hesabatda, firmanızda qrup varsa Müştəri qruplarına görə cədvəli çıxır: hər qrupun seçilən aralıqdakı satışı, nisyə satışı və ödəniş qəbulu. Yalnız müştəri seçilərək edilən satışlar və müştərilərdən alınan ödənişlər sayılır.

Tarix aralığı hesabatında Müştəri qruplarına görə cədvəli

Qruplar filial üzrədir. Filiallarınız varsa, qruplarınızı hər filialda ayrıca yaradın; hesabatlarda eyni adlı qruplar birləşdirilir.

Qruplar veb paneldə yaradılır və sinxronizasiya ilə desktop tətbiqinə gəlir. Desktop tətbiqində müştəriləri qrupa təyin edə, siyahını qrupa görə süzə bilərsiniz.

Siyahıda qrup

Sol menyudan Müştərilər bölməsinə keçin. 1 Qrup filtrindən Bütün qruplar, Qrupu olmayanlar və ya bir qrup seçin; 2 QRUP sütunu hər müştərinin qrupunu göstərir.

Toplu qrupa təyin etmə

3 Sətirlərin əvvəlindəki açarla müştəriləri seçin. 4 Aşağıdakı paneldə qrupu seçib Qrupa təyin et düyməsini basın. Qrupun qiymət növü və ya endirimi varsa Qrupun ayarı da tətbiq edilsin seçimi açıq gəlir; söndürsəniz yalnız qrup təyin olunur. Qrupdan çıxar seçilən müştəriləri qrupdan çıxarır, Seçimi təmizlə seçimi ləğv edir.

Desktop müştərilər siyahısı: qrup filtri, QRUP sütunu, seçim açarları və qrupa təyin etmə paneli1234

Müştəri kartında qrup

Siyahıda müştərinin üzərinə iki dəfə klikləyin. 1 Müştəri məlumatları tabında müştərinin qrupu görünür.

Desktop müştəri kartında QRUP məlumatı1

Qrupu dəyişmək üçün Məlumatları redaktə et düyməsini basın və 1 QRUP seçin. Qrupun 2 endirimi və 3 qiymət növü formaya yazılır; 4 yanındakı sətirdə hansı dəyərlərin yazıldığı görünür. 5 Yadda saxla basdıqda karta yazılır. Yeni müştəri yaradarkən də qrup seçə bilərsiniz.

Desktop müştəri məlumatlarını redaktə pəncərəsində qrup seçimi12345

Qrup əlavə etmək, silmək, adını və ayarlarını dəyişmək yalnız veb paneldədir. Desktop tətbiqinin son versiyası lazımdır.

Qruplar veb paneldə yaradılır. Mobil tətbiqdə müştəriləri qrupa təyin edə, siyahını qrupa görə süzə bilərsiniz.

Siyahıda qrup

Menyu › Müştərilər səhifəsində axtarış xanasının altındakı 1 qrup düymələri ilə siyahını süzün. Müştəri adının altındakı 2 nişan müştərinin qrupunu göstərir.

Toplu qrupa təyin etmə

Müştərinin üzərinə uzun basın; seçim başlayır. Digər müştərilərə toxunaraq 1 seçimə əlavə edin və aşağıdakı 2 Qrupa təyin et düyməsinə toxunun. Açılan pəncərədə 1 qrupu seçin; qrupun qiymət növü və ya endirimi varsa 2 Qrupun ayarı da tətbiq edilsin açıq gəlir. 3 Qrupa təyin et ilə tamamlayın. Aşağıdakı Qrupdan çıxar seçilən müştəriləri qrupdan çıxarır.

Mobil müştərilər siyahısı: qrup filtri və qrup nişanı12
Mobildə uzun basaraq seçilən müştərilər və Qrupa təyin et12
Mobildə Qrupa təyin et pəncərəsi123

Müştəri kartında qrup

Müştəri kartında 1 adın altında qrup nişanı görünür. Qrupu dəyişmək üçün sağ yuxarıdakı Əməliyyatlar (⋯) › Şəxsi məlumatlar bölməsini açın və 1 Qrup seçin. Qrupun 3 endirimi və qiymət növü formaya yazılır, 2 altında hansı dəyərlərin yazıldığı görünür. Dəyişiklikləri yadda saxla düyməsinə toxunun. Yeni müştəri pəncərəsində də qrup seçə bilərsiniz.

Mobil müştəri kartında qrup nişanı1
Mobil Müştərini redaktə et pəncərəsində qrup seçimi123

Tətbiqin son versiyası lazımdır.

Əlaqəli məqalələr

Bir yerdə ilişdiniz? WhatsApp-dan yazın, dəstək komandamız kömək etsin.
Dəstək al