Müştəri qrupları
Müştəriləri qruplara ayırın, qrupa qiymət növü və endirim verin, siyahını və hesabatları qrupa görə süzün.
Müştəri qrupları ilə müştərilərinizi Topdan, Əməkdaşlar, Korporativ kimi qruplara ayırır, siyahını və hesabatları qrupa görə süzürsünüz. Qrupa qiymət növü və endirim versəniz, qrupa əlavə etdiyiniz müştərinin kartına bu dəyərlər yazılır. Bir müştəri yalnız bir qrupda olur.
Satışda həmişə müştəri kartındakı qiymət növü və endirim istifadə olunur. Qrupun ayarı karta yazılan şablondur; yalnız qrupu dəyişmək satışa təsir etmir.
Qrup yaratmaq
Qruplar pəncərəsini açın
Sol menyudan Müştərilər bölməsinə keçin və 1 Qruplar düyməsini basın.
123Qrupu əlavə edin
1 Yeni qrup adı xanasına adı yazıb Əlavə et düyməsini basın. Eyni adla ikinci qrup yaratmaq olmur.
Qiymət növü və endirim verin (istəyə bağlı)
Qrup sətrindəki 2 qələm düyməsini basın. Adı dəyişə, 3 qiymət növü (Qiymət 1, Qiymət 2, Qiymət 3) və endirim (%) daxil edə bilərsiniz; 4 Yadda saxla düyməsini basın.
1234
Qrup sətrindəki düymələr: qıf siyahını həmin qrupa görə süzür, qələm qrupu redaktə edir, zibil qabı qrupu silir. Silinən qrupdakı müştərilər qrupsuz qalır; kartlarındakı qiymət növü və endirim dəyişmir.
Müştəriləri qrupa əlavə etmək
Siyahıdan toplu əlavə
Müştərilər siyahısında (nümunədə 1 filtrlə qrupu olmayanlar göstərilib) 2 əlavə etmək istədiyiniz müştəriləri işarələyin (başlıqdakı xana səhifədəkilərin hamısını seçir). Yuxarıda açılan paneldə 3 qrupu seçin və 5 Qrupa təyin et düyməsini basın. Qrupun qiymət növü və ya endirimi varsa 4 Qrupun ayarı da tətbiq edilsin seçimi görünür; işarəli saxlasanız seçilən müştərilərin kartlarına da yazılır. Müştəriləri qrupdan çıxarmaq üçün Qrupdan çıxar düyməsindən istifadə edin.
12345Müştəri kartından
Müştəri kartında Redaktə et düyməsini basın. Müştəri məlumatları pəncərəsində 1 Qrup seçin; qrupun 2 endirimi və 3 qiymət növü formaya yazılır, yadda saxlamadan əvvəl dəyişə bilərsiniz. Yadda saxla basdıqda qrup və dəyərlər karta yazılır.
123- Yeni müştəri pəncərəsində də qrup seçə bilərsiniz.
- Excel ilə idxalda K sütununa qrup adını yazın; olmayan qrup avtomatik yaradılır. Müştərilərin Excel ilə idxalı və ixracı
Siyahını qrupa görə süzmək
Müştərilər səhifəsində 2 qrup filtrindən Bütün qruplar, Qrupu olmayanlar və ya bir qrup seçin. Müştəri adının altındakı 3 nişan müştərinin qrupunu göstərir. Excel-ə ixrac edilən siyahıda Qrup sütunu da var.
Qrupdan fərqli müştərilər
Qrupun ayarını sonradan dəyişmisinizsə və ya müştərinin kartını əl ilə redaktə etmisinizsə, Qruplar pəncərəsində "… müştərinin qiymət növü / endirimi qrupdan fərqlidir" xəbərdarlığı çıxır.
- 1 Göstər: 4 fərqli olan müştəriləri göstərir.
- 2 Hamısına tətbiq et: qrupun qiymət növünü və endirimini bu müştərilərin kartlarına yazır.
- 3 Fərqli qalsın: bu müştərilər öz ayarında qalır və xəbərdarlıqdan çıxır. Qərarı Geri al ilə dəyişə bilərsiniz.
1234Hesabatlarda müştəri qrupları
Məhsul hesabatında 1 Müştəri filtrini açın; 2 Müştəri qrupları başlığı altından qrup seçsəniz, hesabat həmin qrupdakı müştərilərin satışlarını göstərir.
12Tarix aralığı hesabatı və Gündəlik hesabatda, firmanızda qrup varsa Müştəri qruplarına görə cədvəli çıxır: hər qrupun seçilən aralıqdakı satışı, nisyə satışı və ödəniş qəbulu. Yalnız müştəri seçilərək edilən satışlar və müştərilərdən alınan ödənişlər sayılır.

Qruplar filial üzrədir. Filiallarınız varsa, qruplarınızı hər filialda ayrıca yaradın; hesabatlarda eyni adlı qruplar birləşdirilir.
Qruplar veb paneldə yaradılır və sinxronizasiya ilə desktop tətbiqinə gəlir. Desktop tətbiqində müştəriləri qrupa təyin edə, siyahını qrupa görə süzə bilərsiniz.
Siyahıda qrup
Sol menyudan Müştərilər bölməsinə keçin. 1 Qrup filtrindən Bütün qruplar, Qrupu olmayanlar və ya bir qrup seçin; 2 QRUP sütunu hər müştərinin qrupunu göstərir.
Toplu qrupa təyin etmə
3 Sətirlərin əvvəlindəki açarla müştəriləri seçin. 4 Aşağıdakı paneldə qrupu seçib Qrupa təyin et düyməsini basın. Qrupun qiymət növü və ya endirimi varsa Qrupun ayarı da tətbiq edilsin seçimi açıq gəlir; söndürsəniz yalnız qrup təyin olunur. Qrupdan çıxar seçilən müştəriləri qrupdan çıxarır, Seçimi təmizlə seçimi ləğv edir.
1234Müştəri kartında qrup
Siyahıda müştərinin üzərinə iki dəfə klikləyin. 1 Müştəri məlumatları tabında müştərinin qrupu görünür.
1Qrupu dəyişmək üçün Məlumatları redaktə et düyməsini basın və 1 QRUP seçin. Qrupun 2 endirimi və 3 qiymət növü formaya yazılır; 4 yanındakı sətirdə hansı dəyərlərin yazıldığı görünür. 5 Yadda saxla basdıqda karta yazılır. Yeni müştəri yaradarkən də qrup seçə bilərsiniz.
12345Qrup əlavə etmək, silmək, adını və ayarlarını dəyişmək yalnız veb paneldədir. Desktop tətbiqinin son versiyası lazımdır.
Qruplar veb paneldə yaradılır. Mobil tətbiqdə müştəriləri qrupa təyin edə, siyahını qrupa görə süzə bilərsiniz.
Siyahıda qrup
Menyu › Müştərilər səhifəsində axtarış xanasının altındakı 1 qrup düymələri ilə siyahını süzün. Müştəri adının altındakı 2 nişan müştərinin qrupunu göstərir.
Toplu qrupa təyin etmə
Müştərinin üzərinə uzun basın; seçim başlayır. Digər müştərilərə toxunaraq 1 seçimə əlavə edin və aşağıdakı 2 Qrupa təyin et düyməsinə toxunun. Açılan pəncərədə 1 qrupu seçin; qrupun qiymət növü və ya endirimi varsa 2 Qrupun ayarı da tətbiq edilsin açıq gəlir. 3 Qrupa təyin et ilə tamamlayın. Aşağıdakı Qrupdan çıxar seçilən müştəriləri qrupdan çıxarır.
12
12
123Müştəri kartında qrup
Müştəri kartında 1 adın altında qrup nişanı görünür. Qrupu dəyişmək üçün sağ yuxarıdakı Əməliyyatlar (⋯) › Şəxsi məlumatlar bölməsini açın və 1 Qrup seçin. Qrupun 3 endirimi və qiymət növü formaya yazılır, 2 altında hansı dəyərlərin yazıldığı görünür. Dəyişiklikləri yadda saxla düyməsinə toxunun. Yeni müştəri pəncərəsində də qrup seçə bilərsiniz.
1
123Tətbiqin son versiyası lazımdır.