Məhsul korrelyasiyası hesabatı: birlikdə satılan məhsullar
Bir məhsulla eyni qəbzdə ən çox hansı məhsulların satıldığını görün və kampaniyaları, rəf düzülüşünü buna görə qurun.
Məhsul korrelyasiyası hesabatı seçdiyiniz məhsulla eyni qəbzdə birlikdə satılan məhsulları siyahıya çıxarır. Məsələn, simit alan müştərilərin daha çox hansı məhsulları da aldığını görür, rəf düzülüşünü və “yanında bu da endirimlə” kimi kampaniyaları buna görə qurursunuz.
Hesabatı açın
Hesabatlar › Məhsul korrelyasiyası hesabatı bölməsini açın. Bu hesabat yalnız əsas hesabda (biznes sahibi kimi daxil olduqda) açılır.
Məhsulu və aralığı seçin
1 Məhsulun barkodu xanasına məhsulun barkodunu yazın (barkodu bilmirsinizsə, yuxarıdakı Məhsulu adla tap ilə adına görə axtarın). Başlanğıc / bitmə tarixini və saatını seçin; istəsəniz qrup, işçi, müştəri və Siyahılama növü (Ümumi və ya Gün-gün) seçin. Barkod xanasında Enter formanı göndərmir; 2 SİYAHILA düyməsini klikləyin.
Nəticəni oxuyun
3 Cədvəldə seçdiyiniz məhsulla eyni qəbzdə satılan hər məhsulun satış sayı, ümumi məbləği və mənfəət / zərəri görünür; ən çox birlikdə satılan ən yuxarıdadır. Məhsulun barkoduna klikləyəndə məhsul kartı açılır. Excel endir ilə cədvəli endirə bilərsiniz.
1234
Ləğv edilmiş satışlar və ödəniş növü “Təsirsiz” olan qəbzlər hesabata düşmür. Mənfəət yalnız alış qiyməti daxil edilmiş məhsullar üçün hesablanır. 4 Bu nədir? düyməsi hesabatı nümunə ilə izah edir.